Dünya

Zelenskidən maraqlı addım: doğru xəbərləri hər gün özü təqdim edəcək

13 Noyabr 2020 11:33
Baxış: 2 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

KİV-in yaydığı informasiyalarda neqativlik çox olduğu üçün Ukrayna Prezidenti Vladimir Zelenski bundan sonra doğru xəbərləri özü təqdim etmək qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dövlət başçısı bunu özünün "Telegram" kanalında yayımladığı videomüraciətində deyib.

Onun sözlərinə görə, iş adamlarına və siyasətçilərə məxsus olan Ukrayna telekanallarında ürəkaçan xəbərlər yoxdur, yaxud da müsbət gündəm mənfiyə çevrilir.

"Ənənənin əksinə olaraq, Ukrayna Prezidenti olaraq mənim öz televiziya kanallarım və media qurumlarım yoxdur. Buna görə də iş günü hadisələri barədə vasitəçilər olmadan, manipulyasiyasız və ən əsası, yalan danışmadan özüm sizlərə xəbər verəcəyəm", - o bildirib.

Qeyd edək ki, bundan əvvəl prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak dövlət başçısının video bloqu barədə elan yayımlamışdı.

Onun sözlərinə görə, kontent kimi orada 10 dəqiqəlik video hazırlanması planlaşdırılır. Burada V.Zelenski ölkə üçün bir neçə aktual məsələni işıqlandıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.