Dünya

Zelenski xəstəxanaya yerləşdirildi

12 Noyabr 2020 11:38
Baxış: 1 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski xəstəxanaya yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 9 noyabrda koronavirusa yoluxduğunu açıqlayan Zelenskinin bu gün Dövlət İşlər İdarəsinin "Feofaniya" klinik xəstəxanasına yerləşdirildiyi məlum olub.

Bildirilib ki, Ukrayna dövlət başçısı işlərini oradan idarə edəcək: "Prezidentin iclas keçirməsi üçün təchiz olunmuş xüsusi bir otaq var. Hətta bu gün bir çox onlayn konfrans keçirib".

Zelenski ilə birlikdə Prezident ofisinin rəhbəri Andrey Yermak da koronavirusa görə sözügedən xəstəxanada müalicə alır.

Zelenski ilə Yermak təkbətək görüşmür, telefon vasitəsilə əlaqə saxlayır.

Xatırladaq ki, 16 iyunda Zelenskinin xanımı Yuliya Zelenskayanın, daha sonra da oğlunun koronavirusa yoluxduğu açıqlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.