Dünya

Ermənistanda etiraz aksiyalarından görüntülər - VİDEO - FOTO

11 Noyabr 2020 13:46
Baxış: 3 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci Qarabağ Müharibəsində Ermənistanın kapitulyasiya elan etməsindən sonra ölkədə etiraz aksiyaları baş qaldırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqdə iştirak etmək istəyən fəalları kütləvi şəkildə saxlamağa başlayıb. Bildirilib ki, polis heç bir əsas göstərmədən insanları həbs edir.

Bundan əvvəl, Ermənistan Baş Prokurorluğu ölkədə mövcud hərbi vəziyyət səbəbi ilə mitinqlərin qadağan edildiyi barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, Ermənistan müxalifəti 11 noyabr tarixində saat 13: 00-da Yerevanda Qarabağla bağlı üçtərəfli bəyanat verilməsinə qarşı etiraz aksiyası keçirməyi planlaşdırırdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.