Dünya

İtaliyada Milad bayramı sərt karantin rejimində qeyd ediləcək

11 Noyabr 2020 21:05
Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün xristian dünyasında Milad bayramı xüsusi təmtəraqla qeyd edilir. Əhalisinin mütləq əksəriyyətinin katoliklərdən ibarət olduğu İtaliyada isə bu bayramın özəl yeri var, əsl ailə bayramı xarakteri daşıyır. İtaliya hökuməti isə insanların sıx bir araya gəldiyi Milad günlərində sərt karantin qaydaları tətbiq etməklə virusun yayılmasını əngəlləməyə hazırlaşır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin səhiyyə nazirinin müavini Sandra Zampa "La Stampa" qəzetinə müsahibəsində yeni qaydalardan bəhs edib. O qeyd edib ki, Milad bayramının yalnız ən yaxın qohum çevrəsində, yəni birinci dərəcəli qohumlar arasında keçirilməsinə icazə veriləcəkdir. Eyni zamanda, ölkədə insanların sıx toplaşdığı Milad bazarları da bu il fəaliyyət göstərməyəcəklər. S.Zampanın sözlərinə görə, yaxın müddətdə yoluxmanın artım tendensiyasının qarşısı alınmasa, dünyanın ən güclü səhiyyə sistemi belə pandemiyanın öhdəsindən gəlməkdə aciz qala bilər.

Hökumətin planları ilə paralel şəkildə İtaliya Ticarətçilər Birliyi Konfkommersio Milad bayramı öncəsində tətbiq edilən məhdudiyyətlərin ilin ən yüksək dövriyyəyə malik dövründə ticarət obyektlərini çətin vəziyyətə sala biləcəyini elan edib. Bildirilib ki, ticarət sektoru bu il Milad alış-verişi dövründə 110 milyard avro dövriyyəni itirə bilər. Xırda ticarət obyektlərini öz sıralarında birləşdirən Xırda Ticarət Birliyi Konfeserçenti isə Roma məhkəmələrindən birinə həftəsonu və bayram günlərində İtaliyada ticarət mərkəzlərinin bağlanmasına dair hökumət qərarından şikayət verib.

Hazırda İtaliyada koronavirusa gündəlik yoluxma sayı 25 mindən yuxarıdır, ölüm hallarının sayı isə 42 mini ötüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.