Dünya

Bayden rekord sayda - 74 milyon səs qazanıb

8 Noyabr 2020 10:41
Baxış: 1 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qeyri-rəsmi nəticələrə əsasən, ABŞ-ın 46-cı Prezidenti seçilən demokrat Co Bayden bəyan edib ki, seçicilər ona böyük bir qələbə qazandırıblar - rekord 74 milyon səs.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə siyasətçi "ABC News" telekanalına açıqlamasında bildirib.

Bayden koronavirusla bağlı məsələdə qələbə əldə etdikdən sonra işə başlamaq niyyətində olduğunu qeyd edib.

Demokrat həm də ABŞ-ı dünyada lider etmək məqsədindən danışıb: "Seçkilərdə əvvəllər heç kimin ala bilmədiyi səslə qazandıq. Mən dünyanın Amerikaya yenidən hörmət etməsi üçün bu posta çatdım".

Qeyd edək ki, Co Bayden 273 səslə qələbəsini elan etsə də, Donald Tramp bununla razılaşmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.