Dünya

İngiltərə yenidən sərt karantin rejiminə keçdi

5 Noyabr 2020 10:04
Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində növbəti dəfə sərt karantin rejimi tətbiq edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkədə bu gündən etibarən bar, restoran, əyləncə məkanları mart ayından sonra yenidən bağlanılıb, yalnız onlayn sifarişə icazə verilib. Sərt karantin rejimi dekabrın 2-dək davam edəcək.

Qaydalara əsasən, market və apteklər xaric bütün alış-veriş müəssisələrinin fəaliyyəti dondurulub. Vətəndaşlar təkcə iş, market və parkda bir neçə saatlıq idman üçün küçəyə çıxa biləcəklər.

Xarici vətəndaşlarla bir araya gəlmək isə qəti qadağan olunub.

Ölkədaxili və xarici səfərlər ləğv olunub, toy mərasimlərində 6 nəfərdən artıq insan iştirak edə bilməyəcək.

Qeyd olunur ki, vətəndaşlar sözügedən qərara məhəl qoymayıblar. Belə ki, onlar Londonda məşhur "Soho" adlı klubun qarşısına toplaşaraq əylənməyə davam ediblər. Polis sosial məsafəyə riayət olunması barədə xəbərdarlıq edib, bir nəfər saxlanılıb.

Bununla belə insanlar Baş nazir Boris Consonun ölkəni idarə edə bilmədiyini bildiriblər.

Qeyd edək ki, İngiltərədə son zamanlar gündə 20 mindən çox insan koronavirusa yoluxur, 300 nəfər həyatını itirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.