Dünya

İtaliyada bir aylıq komendant saatı tətbiq olunur

4 Noyabr 2020 20:28
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada koronavirusa yoluxma hallarının yenidən artması ilə əlaqədar ölkə ərazisində komendant saatı tətbiq olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərar noyabrın 4-dən etibarən qüvvəyə minir.

Qərara əsasən, saat 22:00-dan 05:00-dək yaşayış yerlərini tərk etmək qadağan olunur.

Bu müddət ərzində yalnız zəruri hallarda evdən çıxmağa icazə verilir. Həftəsonlarında iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılacaq.

İctimai nəqliyyatda sərnişin tutumunun 50 faizinədək sərnişin daşımağa icazə veriləcək.

Komendant saatı dekabrın 3-dək qüvvədə olacaq.

Qeyd edək ki, İtaliyada bu günədək 760 minə yaxın şəxs koronavirusa yoluxub, 40 minə yaxın xəstə həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.