Dünya

İtaliya infeksiya ocaqlarında karantin tətbiq edəcək

4 Noyabr 2020 00:45
Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində infeksiya ocağına çevrilən regionlarda karantin tətbiq edəcəkdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyanın Baş Naziri Cüzeppe Konte Parlamentin aşağı palatasındakı çıxışında hökumətin bir sıra məhdudlaşdırıcı tədbirləri barədə danışıb. O qeyd edib ki, bütün ölkə səviyyəsində karantinin tətbiqinin qarşısını almaq və ölkə iqtisadiyyatını qorumaq üçün regional səviyyədə məhdudiyyətlərin gücləndirilməsi vacibdir.

Baş Nazirin sözlərinə görə, yoluxmanın geniş yayıldığı regionlarda (hazırda Pyemont, Lombardiya və Toskana) karantin müddətində ticarət mərkəzləri həftə sonlarında bağlı olacaqlar. Ərzaq mağazaları, qəzet köşkləri və apteklərə bu qadağa şamil olunmayacaq. Eyni zamanda, muzey və sərgi salonları da həmin regionlarda fəaliyyət göstərməyəcək, eləcə də ictimai nəqliyyatda oturacaqların 50 faizi boş qalmalı olacaq.

Baş Nazir, həmçinin qeyd edib ki, virusa yoluxmuş şəxslərin xəstəliyi yaymaması üçün infeksiya ocağı olan regionlara giriş-çıxış məhdudiyyəti də tətbiq edilə bilər. O, dəqiq saatları qeyd etməsə də, axşamlar evdən çıxmağa da qadağanı istisna etməyib.

Qeyd edilməlidir ki, İtaliyada koronavirusa yoluxma sayı gündəlik 30 minə yaxınlaşıb. İndiyədək 709 min nəfərin koronavirusa yoluxduğu ölkədə bu virusla əlaqədar ölənlərin sayı 38.826 nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.