Dünya

Ukraynada koronavirusla bağlı kirtik vəziyyət davam edir

1 Noyabr 2020 15:22
Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada koronavirusa yoluxma hallarında artım davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən gün ölkədə 110 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 7306 nəfərə çatıb.

Ötən gün Ukraynada 7959 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 395 min 440-a çatıb, 161 min 441 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Lvov və Xarkov vilayətlərində qeydə alınıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.