Dünya

25 yaşlı təcili yardım işçisi koronavirusdan öldü

30 Oktyabr 2020 20:55
Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrkutsk vilayətinin təcili yardım stansiyasının gənc feldşeri Tanara Kojevnikova koronavirusdan vəfat edib.

Milli.Az xəbər verir ki, heç bir xroniki xəstəliyi olmayan Tamara yaz aylarından gecə-gündüz bilmədən koronavirus xəstələri ilə məşğul olurdu. O, hər xəstənin harayına yetirdi.

"Hətta xəstəxanada xəstə halda yatanda da o başqa xəstələrin yanına qaçırdı" - deyə bacısı danışır.

Yuxusuz gecələr, normal yeməmək onun orqanizmini tükətdi. Birinci dalğada o yoluxmadı, heç vaxt şikayətlənmirdi.

Amma ikinci dalğada zəif idi, ona görə gücü yetmədi. Oktyabrın ortasından yoluxmuşdu, yatdığı xəstəxanada vəziyyəti düzəlmədi, onu mərkəzi xəstəxanaya köçürdülər, amma artıq gec idi. Heç bilmədik bacımın ağciyərləri nə vəziyyətdə idi. Çünki KT olunmağa imkan olmadı. Hər şey sürətlə baş verdi". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.