Dünya

Hindistanda COVID-19-a yoluxanların sayı 8 milyonu ötüb

29 Oktyabr 2020 12:34
Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Hindistanda COVID-19 infeksiyasına 49 min 912 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 8 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 8 milyonu ötən ikinci ölkədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Hindistanda ötən gün COVID-19 infeksiyası səbəbindən 509 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 120 min 563-ə çatıb.

Ötən gün Hindistanın Qadın və Uşaqların İnkişafı naziri Smitri İraninin də virusa yoluxduğu təsdiqlənib. Nazir bu barədə sosial şəbəkədə məlumat verib və son günlər onun yaxın təmasda olan şəxslərin koronavirus testindən keçməsini xahiş edib. Oktyabrın 27-də isə Hindistanın Sosial Ədalət və Hüquqların Qorunması naziri A.Ramdasın da COVID-19-a yoluxduğu aşkarlanmışdı. Dehlinin Təhsil naziri Manish Sosdia növbəti qərar verilənədək paytaxtdakı bütün məktəblərin pandemiya səbəbindən bağlı qalacağını açıqlayıb.

Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Brazilayanın ardından 3-cü sıradadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.