Dünya

Tramp Nensi Pelosini Marsa göndərmək fikrini dəstəklədi

29 Oktyabr 2020 10:59
Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp zarafatla Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Marsa göndərilməsini "möhtəşəm" fikir adlandırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ağ Ev başçısı Arizonada seçiciləri ilə görüşdə bəyan edib ki, ABŞ Marsa astronavt göndərəcək ilk ölkə olacaq.

Bu zaman D.Trampın mitinqdə iştirak edən tərəfdarlarından biri N.Pelosini Marsa göndərməyi təklif edib.

"Qoy bu şəxs N.Pelosi olsun. Bu, gözəl fikirdir. Kim bunu dedi? Bu sadəcə möhtəşəm fikirdir", - deyə D.Tramp qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.