Dünya

Bacılar maska taxmağı tövsiyə edən mühafizəçiyə 27 bıçaq zərbəsi vurdular - FOTO

29 Oktyabr 2020 10:14
Baxış: 3 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ sakinləri olan iki bacı mağazada onlara maska rejiminə riayət etməklə bağlı çağırış edən mühafizəçini bıçaqlayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Çikaqoda baş verən hadisə zamanı 21 yaşlı Cessika və 18 yaşlı Ceyla Hill mühafizəçiyə 27 bıçaq zərbəsi vurub.

Məlumatlara görə, Ceyla mühafizəçinin saçından tutub, Cessika isə cibindən bıçağı çıxardaraq, ona zərbələr endirib. Xəsarətlərə baxmayaraq, mühafiəzçi sağ qalıb.

Bacılar hadisə yerinə çağırılan polislər tərəfindən saxlanılıb. Qızların vəkili bildirib ki, hər iki bacı psixi pozğunluqdan əziyyət çəkir. Faktla bağlı məhkəmə prosesi noyabrın 4-nə təyin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.