Dünya

Xoruz polis leytenantını öldürdü - FOTO

29 Oktyabr 2020 10:19
Baxış: 6 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Filippində qəribə hadisə yaşanıb.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, xoruz döyüşdürmə yarışına gedən polis leytenantı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Polis xoruzun ayağına bağlanmış ülgücün onun damarını kəsməsi nəticəsində ölüb. Christine Bolok adlı polisin qəribə ölüm səbəbindən hər kəs şoka düşüb.

Hadisə ilə bağlı 3 nəfər saxlanılıb, xoruz döyüşləri qadağan edilib.

Qeyd edək ki, Flippində xoruz döyüşdürmə yarışları məşhurdur, hər döyüşü minlərlə insan izləyir, hansı heyvanın udması ilə bağlı yüksək məbləğli pullarla mərc edirlər. Xoruz döyüşdürənlər yarışların daha da maraqlı olması üçün onların ayaqlarına ülgüc bağlayırlar.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.