Dünya

Qaçqınların ABŞ-a qəbul limiti rekord aşağı səviyyəyə - 15 min nəfərə endirilib

28 Oktyabr 2020 21:25
Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp 2021-ci maliyyə ilində (oktyabrın 1-də başlayıb) qaçqınların qəbul limitini 1980-ci ildən bəri ən aşağı səviyyəyə - 15 min nəfərə endirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq memorandum Ağ ev tərəfindən dərc olunub.

"2021-ci maliyyə ili ərzində 15 minə qədər qaçqının qəbulu humanitar vəziyyətə əsaslanır və ya milli maraqlara cavab verir", - sənəddə belə deyilir. Donald Tramp, həmçinin "humanitar vəziyyəti daha çox narahatlıq doğuran insanlar istisna olmaqla" Yəmən, Suriya və Somali vətəndaşlarının ölkəyə qaçqın kimi qəbul olunmayacağını vurğulayıb.

Qeyd edək ki, 2020-ci maliyyə ilində ABŞ tərəfindən qaçqınların qəbulu limiti 18 min nəfər, 2019-cu ildə isə 30 min nəfər idi. Sonuncu dəfə 15 minlik limit 1980-ci ildə qeydə alınmışdı. Lakin sonradan qaçqınların qəbulu barədə xüsusi qanun qəbul edilmiş və limit 50 min nəfərədək artırılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.