Dünya

“Charlie Hebdo”nun Ərdoğanla bağlı karikaturasına rəsmi reaksiya

28 Oktyabr 2020 16:09
Baxış: 1 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Charlie Hebdo" jurnalı daha bir qalmaqala imza atıb. Daha öncə Məhəmməd peyğəmbərlə bağlı təhqiramiz karikatura dərc edən nəşr indi də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb. Fransa Prezidenti Emmanuel Makronun İslam dünyasını hədəfləməsindən cəsarətlənən jurnal Ərdoğanın karikaturasını üz qabığı seçib. Sosial şəbəkələrdə jurnalın ünvanına kəskin reaksiyalar, tənqidlər səsləndirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu məqamda Türkiyə rəsmi dairələri səssiz qalmayaraq tvitter hesablarında açıqlama yayıblar.

Prezidentin köməkçisi Fuad Oqtay:

"Fikir azadlığının arxasında gizlənərək heç kimi aldada bilməzsiniz! Tövbə bilməyən fransız əskisinin Prezidentimizlə bağlı əxlaqsız yayımını qınayıram. Mənəviyyat, vicdana sahib beynəlxalq ictimaiyyəti bu rüsvayçılığa qarşı danışmağa çağırıram".

Xəzinə və Maliyyə naziri Berat Albayrak:

"İfadə azadlığı pərdəsi altında Prezidentimizə əxlaqsızcasına hücum edən fransız jurnalını şiddətlə qınayıram. "Charlie Hebdo"nun etdiyi yumor deyil, tərbiyəsizlikdir!"

AKP-nin sözçüsü Ömer Çelik:

"Fransız jurnalı nifrət yayan orqana çevrilib. Prezidentimizlə bağlı əxlaqsız buraxılışını şiddətlə qınayırıq. Bu yayım anlayışı fikir azadlığı deyil, dini inanclara qarşı düşmənçilikdir. Bu zehniyyət diksindirici bir hala gəlib çıxıb".

Prezidentin sözçüsü İbrahım Kalın:

"Heç bir inanca, müqəddəs və dəyərli şeylərə hörmət etməyən fransız jurnalının Prezidentimizlə bağlı nəşrini qətiyyətlə pisləyirik.Onlar sadəcə öz əxlaqsızlıqlarını ortaya qoyurlar. Şəxsi hüquqlara hörmətsizlik yumor və ifadə azadlığı deyil. 

Əxlaq və ədəbdən məhrum olan bu nəşrlərin məqsədi nifrət və ədavət toxumları səpməkdir. İfadə azadlığını dinə və inanca qarşı düşmənçiliyə çevirmək yalnız xəstə zehniyyətin məhsulu ola bilər. Sağlam düşüncəli hər kəs bu pis nəşri qınamalı və rədd etməlidir".

Xatırladaq ki, R.T.Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun "Dünyada müsəlmanlar böhran içində yaşayır" fikrini sərt tənqid etmiş,öz xalqını fransız məhsullarını almamağa çağırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.