Dünya

Son sutka ərzində Fransada 33 min 417 nəfər koronavirusa yoluxub

28 Oktyabr 2020 13:18
Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada COVID-19-a gündəlik 33 min 417 yeni yoluxma faktı qeydə alınıb. Həmçinin sutka ərzində 292 ölüm faktı müşahidə edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat verib.

Bildirilib ki, epidemiya başlayandan ölkədə ümumi yoluxanların sayı 1 198 695-ə çatıb.

Ümumilikdə xəstəxanalarda 18 min 955 koronavirus xəstəsi var ki, onlardan 2988-i son 24 saat ərzində xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbələrində 2909 ağır xəstədən 431-i son sutkada daxil olub.

Ölkədə yenidən karantin rejimi tətbiq olunmasına dair fikirlər səsləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.