Dünya

Tramp: “Nüvə silahımız ən yaxşı vəziyyətdədir”

28 Oktyabr 2020 12:34
Baxış: 1 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin ABŞ-ın hərbi gücünə qısqanclıqla yanaşdıqlarını bəyan edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, viskonsi ştatında seçiciləri önündə danışan Tramp yenidən prezident seçiləcəyi təqdirdə komandası ilə birlikdə ABŞ-ı dünyanın ən böyük əmtəə istehsalçısı edəcəyinə və Çindən asılılığına son qoyacağına söz verib.

"Bizim dünyada ən yaxşı silahlı qüvvələrimiz var. Rusiya və Çin bizə həsəd aparır. Heç kim bizim buna qadir olduğumuzu düşünmürdü, amma bunlar hamısı ABŞ-da hazırlanıb.

Nüvə silahımız ən yaxşı vəziyyətdədir. Ümid edirəm, sadəcə, ümid edirəm ki, onu istifadə etmək məcburiyyətində qalmayacağıq", - Ağ Ev başçısı bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.