Dünya

Ramzan Kadırov Fransa Prezidentini tənqid edib

27 Oktyabr 2020 18:39
Baxış: 4 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistanın başçısı Ramzan Kadırov Məhəmməd peyğəmbər haqda nəşr edilən təhqiramiz karikaturaları dəstəklədiyinə görə Fransa Prezidenti Emmanuel Makronu tənqid edib.

Milli.Az APA-ya istinadən bildirir ki, R. Kadırov bu barədə özünün "Telegram" kanalında yazıb.

"Mən bilmirəm Makron bu bəyanatı verərkən hansı vəziyyətdə olub. Lakin bu cür reaksiyanın nəticələri çox faciəvi ola bilər. Fransa Prezidenti indi özü terrorçuya bənzəməyə başlayır. Təxribatı dəstəkləyərək, o, gizli şəkildə müsəlmanları cinayət törətməyə çağırır. Dünyadakı iki milyard müsəlmanın təhqir edilməsini Makron "söz azadlığı" adlandırır. Makron bilməmiş deyil ki, peyğəmbərin karikaturası inanclı insanlar üçün ağrılı qəbul edilir. İnamın lağ-lağıya qoyulması və parodiya edilməsi Paris ətrafında müəllimin faciəvi sonluğunun səbəbidir", - deyə R. Kadırov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.