Dünya

ÜST pandemiyanın yeni mərkəzini açıqladı

28 Oktyabr 2020 01:30
Baxış: 1 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyasının yeni mərkəzi Avropadır.

Milli.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında deyilir.

ÜST-ün Baş katibi Tedros Adanom Qebreyesusun pandemiya mütəxəssisləri ilə təşkil etdiyi konfransda Avropa qitəsində ciddi qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Baş katib bildirib ki, ötən həftə dünya miqyasında yoluxma saylarında ən yüksək rəqəm qeydə alınıb.

Şimal yarımkürəsindəki bir çox ölkədə xəstəxanaya müraciətlərin təşvişdoğurucu şəkildə artdığına diqqət çəkən Qebreyesus, xüsusilə, Avropa və Şimali Amerikada reanimasiya şöbələrinin sürətlə dolduğunu söyləyib.

ÜST Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayn isə ötən həftə dünya miqyasındakı bütün yoluxmlarının 46%-nin, ölümlərin isə üçdən birinin Avropa bölgəsində qeydə alındığını diqqətə çatdırıb: "Beləliklə, Avropa bölgəsinin hazırda xəstəliyin mərkəzi olduğundan şübhə qalmır. Bu virusun qarşısını almalıyıq. Sonra da virusdan irəlidə qalmalıyıq". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.