Dünya

“Paşinyan Pakistan xalqından üzr istəməlidir” - Rəhman Məlik

26 Oktyabr 2020 13:51
Baxış: 4 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın keçmiş Daxili İşlər naziri Rəhman Məlik Nikol Paşinyanı səsləndirdiyi ittihamlara görə Pakistan xalqından üzr istəməyə çağırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rəhman Məlik Azərbaycan ordusunda Pakistan qoşunlarının iştirakına dair Paşinyanın ittihamlarının əsassız olduğunu və böhtan xarakteri daşıdığını bildirib.

"Ermənistanın Baş Nazirinin açıqlamasını televiziyada izlədim və onun Pakistan qoşunlarının müharibədə iştirakı ilə bağlı ittihamlarını rədd edirəm. Açıq şəkildə bildirmək istərdim ki, Pakistan tərəfindəki qoşunların Azərbaycan tərəfindəki müharibədə iştirakı ilə bağlı iddialar tamamilə əsassızdır. Buna görə də Ermənistanın Baş Nazirini bu təbliğatı dayandırmağa və Pakistan xalqından üzr istəməyə çağırıram. Onun iddiaları və saxta ittihamları Pakistanı ləkələmək məqsədi daşıyır. Pakistan heç vaxt digər ölkələrin daxili işlərinə qarışmır", - Rəhman Məlik qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.