Dünya

Fahrettin Koca: "Ağır və aktiv xəstə sayımız artmaqda davam edir"

26 Oktyabr 2020 15:47
Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün 2017 yeni yoluxma faktı qeydə alınıb. Ağır və aktiv xəstə sayımız artmaqda davam edir. Bu gedişatı dəyişmək bizim əlimizdədir. Bir-birimizin haqqına hörmət etməli və qaydalara birgə riayət etməliyik.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca rəsmi "Twitter" hesabında ölkədəki COVID-19-la bağlı son vəziyyət barədə açıqlamasında bildirib.

Məlumatda qeyd edilir ki, son 24 saat ərzində Türkiyədə ağır xəstə sayı 1744-ə yüksəlib, 112 min 215 nəfər COVID-19 testindən keçirilib ki, onlardan 2017-də xəstəlik aşkarlanıb. Bu müddət ərzində COVID-19 diaqnozu qoyulan 72 nəfər vəfat edib. 1297 nəfər sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə COVID-19-da sağalanların sayı 314 min 390-a yüksəlib.

Qeyd edək ki, Türkiyədə ümumi COVID-19 xəstələrinin 40 faizi İstanbuldadır. Qabaqlayıcı tədbirlər çərçivəsində İstanbulun demək olar ki, bütün xəstəxanalarda COVID-19 mərkəzləri yaradılıb.

Türkiyənin ən böyük şəhərlərindən olan İzmirdə də son 20 gün ərzində COVID-19-a yoluxanların sayı 3,5 dəfə artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.