Dünya

Fransada koronavirusa yoluxanların sayı 1 138 mini ötüb

26 Oktyabr 2020 09:11
Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada koronavirusa yoluxanların sayı 1 138 mini ötüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransa səhiyyə xidmətlərinin məlumatlarında deyilir.

Ölkədə yeni növ virusa yoluxanların ümumi sayı 1 138 507-yə, ölüm sayı 34 761-ə yüksəldi.Son 24 saat ərzində koronavirus testlərinin təqribən 18 faizi müsbət nəticə göstərdi: 52 010 yeni infeksiya hadisəsi qeydə alındı.

Oktyabr ayında digər Avropa ölkəsi - İspaniya, koronavirusa 1 milyon yoluxma hadisəsi həddini keçib.

Fransız səlahiyyətliləri virusun yayılmasına qarşı fəal mübarizə aparırlar. Xəstəliklə əlaqədar bir sıra şəhər və departamentlərdə komendant saatı tətbiq edilib, ilk qanun pozuntusuna görə 135 avro, ikinci pozuntuya görə 3.7 min avroya qədər cərimə var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.