Dünya

Makronun açıqlamalarından sonra müsəlman ölkələri Fransa məhsullarına boykot elan etdi - FOTO

25 Oktyabr 2020 18:37
Baxış: 3 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makronun İslamla bağlı açıqlamalarından sonra Qətərdə və Küveytdə fransız mallarına boykot elan edilib.

Bu barədə RT xəbər yayıb.

Qətərdə fransız pendirləri dövlət paylama şəbəkəsinin rəflərindən çıxarılıb, bunun əvəzinə artıq yerli məhsul nümayiş olunur.

Hətta fransız restoranı "Le Train Bleu" belə fransız məhsullarından imtina edib.

Bundan başqa, İordaniyada fransız istehsalçıların məhsullarını almamaq üçün çağırışlar səsləndirilib.

Xatırladaq ki, oktyabrın 24-də Fransa prezidenti Emmanuel Makronun Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlərindən sonra Yaxın Şərqdə Fransa məhsullarına boykot çağırışları artıb.

Karikaturanın yayımlanması Türkiyə, İran, İordaniya və Küveyt kimi ölkələr tərəfindən qınanıb. Bundan başqa, müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Fransanın müsəlman ölkələri ilə münasibətlərinə zərər verə biləcək açıqlamalara təəssüflərini bildiriblər. (oxu.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.