Dünya

Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb

25 Oktyabr 2020 12:31
Baxış: 1 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müharibə başlayandan Ermənistanın sosial şəbəkələrində intensiv olaraq qiymətlərin qalxması mövzusu müzakirə olunur. Ermənilər sosial şəbəkələrdə müharibədən sonra güllərin, çələnglərin, əsgər geyiminin, yağ və şəkərin qiymətlərinin qalxmasından narazıdırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, yazılanlarda qeyd olunur ki, əsgər geyimi 18 000 dramdan 25 000 drama qədər yüksəlib (deyilənlərə görə, müharibə səbəbi ilə bəzi müəssisələr super-mənfəətin 80%-ni də alırlar). Bəzi supermarketlərdə isə şəkərin qiyməti 320 dramdan 385 drama qədər qalxıb. İstifadəçilər həmin supermarketin sahibinin orduya 50 milyon dram ayırdığından sonra, şəkərin və digər ərzaqların qiymətini qaldıraraq bir həftə ərzində ayırdığı pulu artıqlaması ilə qaytardığını bildirirlər. Hətta döyüşlər səbəbindən ölkədə dəfn mərasimlərinin sayı artdığı üçün güllərin belə qiyməti artıb. Xüsusilə dəfn mərasimlərində tələb olunan çiçəklər - qızılgül, qərənfil, gladioli (gladiolus), demək olar ki, 50-100% bahalaşıb.

İrates saytı qeyd edir ki, son 10 gündə mağazalarda kərə yağı və şəkərin qiyməti qalxıb. 10 gün əvvəl 1 litr yağın qiyməti 600 dram idisə bu gün 750-800 drama satılır. Bir həftə əvvəl 1 kq şəkər 250-280 dram idisə, bu gün 410 dramdır. Qarabaşaq və un bazarında da inflyasiya müşahidə olunur. Dünya bazarında neftin qiyməti sentyabr ayına nisbətən 6% artıb, bunun Ermənistanda da artması məntiqlidir, lakin həmin dövrdə dünya bazarında şəkərin qiyməti 0,9% azalıb. Erməni vətəndaşlar bunu bilavasitə davam edən müharibə ilə əlaqələndirirlər.

facebook.com/story.php?story_fbid=138814867962276&id=100055012896030
facebook.com/story.php?story_fbid=1247778005555292&id=634464316886667
facebook.com/story.php?story_fbid=1247383688928057&id=634464316886667
https://yerevan.today/mamuli-tesutyun/67479/gershahouyt%60-paterazmi-hashvin-inchou-en-ktrouk-tankacel-dzetn-ou-shaqaravazy-%C2%ABirates%C2%BB
https://armdaily.am/?p=111183&l=am%2F
https://hraparak.am/post/2a6a6123552e5d6ae9cf3e204e58b3d5

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.