Dünya

İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yaydı

25 Oktyabr 2020 10:24
Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi bir sıra fransalı siyasətçinin islamofob ritorikasından təəssüfləndiyini bildirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İƏT-in bəyanatında deyilir.

Qeyd olunur ki, təşkilat Məhəmməd peyğəmbərin təhqiramiz karikaturalarının davamlı şəkildə dərc olunmasını diqqətlə izləyir:

"İƏT din pərdəsi altında törədilən terror aktlarını pislədiyini bir daha bəyan edir, bir sıra siyasətçilərin gözlənilmız ritorikasını təəssüflə izləyir və bu ritorikanın müsəlman-fransız münasibətlərinə ziyan vurduğunu hesab edir."

Bəyanatda qeyd olunur ki, İƏT həmişə İslam, xristianlıq və yəhudi peyğəmbərlərinin məsxərəyə qoyulmasını pisləməyə davam edəcək:

"Baş katiblik, din adı altında bütün terror aktlarına qarşı birmənalı şəkildə qınama mövqeyi tutaraq, daha əvvəl Fransa vətəndaşı Samuel Pati-nin vəhşicəsinə öldürülməsini də pisləmişdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.