Dünya

“Atamla anam yataqdan durmurlar...” - Azyaşlı uşaqlar üç gün ölmüş valideynləri ilə yaşadı - FOTO

23 Oktyabr 2020 16:37
Baxış: 4 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azyaşlı uşaqlar üç gün vəfat etmiş valideynləri ilə birlikdə yaşayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dəhşətli hadisə Rusiyanın Leninqrad vilayətində baş verib.

İlkin məlumatlara görə, gənc cütlük evdə hazırlanan turşudan zəhərlənərək ölüb.

Hadisə üç gün sonra üzə çıxıb: mərhumun bacısının telefon zənginə beş yaşlı uşaq cavab verərək, valideynlərinin yatdığını, atasının isə nəyə görə isə qap-qara qaraldığını deyib.

Həyəcana düşən qadın dərhal onlara gedib və 30 yaşlı kişi ilə 25 yaşlı qadının öz yataqlarında öldüyünü görüb.

İlkin məlumatlara görə, ər-arvadın ölümü gecə yemək yemələrindən sonra baş verib.

Hadisədən bir gün əvvəl gənc nənəsini ziyarətə gedib və ondan konservləşdirilmiş xiyar turşusu götürüb. İstintaq hesab edir ki, onun tərkibində neyrotoksin ola bilərdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.