Dünya

Putin: "Ərdoğan kimi tərəfdaşla işləmək xoş və etibarlıdır"

23 Oktyabr 2020 11:51
Baxış: 3 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqil siyasət aparır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Valday" Diskussiya Klubunun iclasında Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqil siyasət aparır. O, ölkənin müasir hava hücumundan müdafiə sisteminə ehtiyac olduğuna qərar verib, bunu deyib və S-400 hava müdafiə sistemini alıb. Belə tərəfdaşla işləmək xoş və etibarlıdır", - Vladimir Putin vurğulayıb.

O deyib: "Ərdoğan bunu həyata keçirəcəyimizi söylədi və biz bunu etdik. O, Türkiyənin müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi, "bu gün dünyanın ən yaxşı sistemi isə Rusiya istehsalı olan S-400 "Triumf"dur", dedi və aldı. Belə bir tərəfdaşla işləmək, sadəcə, xoş deyil, həm də etibarlıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.