Dünya

Fransada epidemiyanın ikinci dalğası başlayıb

22 Oktyabr 2020 16:15
Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada COVID-19 epidemiyasının ikinci dalğası başlayıb. Ölkədə fövqəladə sanitar vəziyyət elan olunmasına və komendant saatının tətbiq edilməsinə baxmayaraq, koronavirus sürətlə yayılmaqdadır. Son 24 saat ərzində koronavirusa 26 min 676 yeni yoluxma faktı qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Fransanın Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilir ki, xəstəxanalarda koronavirus xəstələrinin sayı 13 min 185-ə çatıb. Reanimasiya şöbələrində vəziyyəti ağır olan 2248 xəstə var. Ölkədə 1852 qrup yoluxmasından 23-ü son bir gündə aşkarlanıb.

Ölkədə 163-ü son sutkada olmaqla koronavirusdan ölənlərin ümumi sayı 34 min 85-ə çatıb. Epidemiya başlayandan 957 min 421 yoluxma qeydə alınıb, 107 min 652 koronavirus xəstəsi sağalıb. 65 yaşda olanlar arasında virusa yoluxma 3 dəfə artıb.

Bir çox şəhərlərdə maksimum xəbərdarlıq elan edilib və qaydaların daha da sərtləşdiriləcəyi gözlənilir. Komendant saatının bütün ölkədə tətbiq ediləcəyi də ehtimal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.