Dünya

Böyük Britaniyada geyim qıtlığı yarana bilər

21 Oktyabr 2020 20:32
Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yazında COVID-19 pandemiyasının birinci dalğasının tüğyan etdiyi dövrdə Böyük Britaniyada tualet kağızı və dezinfeksiyaedici maddələrin defisiti yaşanırdısa, hazırda ölkə yeni qıtlıqla üzləşə bilər.

Milli.Az APA-ya istinadən verdiyi məlumata görə, "Edited" analitik şirkəti Böyük Britaniyada geyimə olan tələbatın artdığını və bunun xüsusən gündəlik və idman üslubunda olan geyimlərin defisitinə gətirib çıxaracağını bildirib. Şirkətin hesablamalarına görə, bu il sözügedən üslubda ola geyimlərə tələbat illik müqayisədə 17% artacaq.

Tələbat artımının əsas səbəbi kimi, pandemiya ilə bağlı olan məhdudlaşdırıcı tədbirlər fonunda bir çox işçilərin evdən işləməyə başlaması və nəticə olaraq gündəlik və idman üslubunda olan geyimlərə üstünlük vermələri göstərilir.

Bundan başqa, gözlənilən defisiti dərinləşdirən faktorlardan biri də Böyük Britaniyanın əsas geyim tədarükçülərinin də (Banqladeş, Vyetnam, Tailand və İndoneziya) məhdudlaşmış iş rejiminə keçməsi və orada yerləşən fabriklərin Böyük Britaniyanın artan tələbatını qarşılaya bilməməsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.