Dünya

İranda sutka ərzində 312 nəfər koronavirusdan ölüb

21 Oktyabr 2020 17:54
Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən sutka ərzində 312 nəfər koronavirusdan (COVID-19) ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 31 346 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 616 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 545 286 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 861 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 438 709 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 4,59 milyondan çox diaqnoz testi həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.