Dünya

Argentinada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb

20 Oktyabr 2020 07:28
Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 12 982 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Argentinada koronavirusa yoluxanların sayı 1 002 662 nəfərə çatıb. Qeyd edək ki, Argentina ABŞ, Braziliya, Hindistan və Rusiyadan sonra koronavirusa yoluxanların sayının 1 milyonu keçdiyi beşinci ölkə olub.

Bildirilir ki, ötən sutka koronavirusdan 451 nəfər ölüb, ölənlərin ümumi sayı 26 716 nəfər təşkil edir. Hazırkı dövrədək koronavirusdan 803 965 nəfər sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.