Dünya

İran COVID-19 peyvəndini insanlar üzərində sınaqdan keçirəcək

13 Oktyabr 2020 08:50
Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran iki həftədən sonra koronavirus (COVID-19) peyvəndinin insanlar üzərində sınaqlarına başlayacaq. 

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İran Səhiyyə naziri Səid Namaki açıqlamasında bildirib. 

Nazir qeyd edib ki, İran koronavirusa qarşı peyvəndin inkişaf I istiqamətində müsbət irəliləyişlər əldə edib: "Bir neçə tədqiqat qrupunun birgə əldə etməyə çalışdığı peyvənd artıq meymunlar üzərində sınaqdan keçirilib. İnsanlar üzərində isə qarşıdakı iki-üç həftə ərzində gerçəkləşəcək". 

Səid Namaki əlavə edib ki, bütün bu prosedurlar beynəlxalq standartlara və Ümumdünya Səhiyyə Təşkilatının protokollarına, eləcə də İran Qida və Dərman Təşkilatının normalarına uyğun həyata keçirilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.