Dünya

Poroşenko xəstəxanadan evə buraxılıb

12 Oktyabr 2020 17:44
Baxış: 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko koronavirus infeksiyası ilə əlaqədar müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu onun rəhbərlik etdiyi "Avropa həmrəyliyi" partiyasının mətbuat xidməti bildirib.

Qeyd olunur ki, P.Poroşenkonun vəziyyəti yaxşılaşıb və o, müalicəsini evdə davam etdirəcək.

Sentyabrın sonunda koronavirusa yoluxmuş P.Poroşenkonun vəziyyətinin kəskin pisləşdiyi bildirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.