Dünya

Çində COVID-19-un ikinci dalğasının olmamasının səbəbi izah edildi

11 Oktyabr 2020 07:11
Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19-un yayılmağa başladığı Çində gün ərzində qeydə alınan infeksiyaların sayı artıq cəmi onlarladır. RBK-nın məlumatına görə, rusiyalı mütəxəssislər ÇXR-də pandemiyanın ikinci dalğasının olmaması barədə öz fikirlərini bölüşüblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rusiyada Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin viroloqu Anatoli Altşteyn bildirib ki, bu göstərici statistikanın manipulyasiyası ilə əlaqəli deyil:

"Minlərlə olsaydı, bunu bilərdik", - deyə o bildirib.

Mütəxəssisin fikrincə, koronavirusa yoluxanların sayında artımın az olması yüksək intizam və karantinin effektivliyi ilə əlaqəlidir.

Altşteyn Çin hökumətinin pandemiyanın qarşısını tez bir zamanda almağı bacardığını vurğulayıb.

RF Ali İqtisadiyyat Məktəbinin Sağlamlıq İqtisadiyyatı İnstitutunun direktoru Larisa Popoviç də bu  müsbət göstəricinin əsas səbəblərindən biri kimi yüksək intizamı göstərib.

Onun sözlərinə görə, Çinin demək olar ki, tamamilə sərhədlərini bağlaması da ölkədə ikinci dalğanın olmamasına öz təsirini göstərib.

Popoviç həmçinin, immunitet sistemini gücləndirən ənənəvi tibbin Çində populyar olduğunu xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.