Dünya

Güclü “Chan-hom” tropik qasırğası Yaponiyaya yaxınlaşır

10 Oktyabr 2020 13:12
Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimal-şərq istiqamətində hərəkət edən güclü "Chan-hom" qasırğası Yaponiyanın Sakit okean sahillərinə yaxınlaşır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, qasırğanın Kii yarımadasında və İcu adalarında leysan yağışlara səbəb olacağı gözlənilir. Şənbə günü günorta saatlarında saatda 20 kilometr sürətlə hərəkət edən qasırğanın Yaponiyanın mərkəzində yerləşən Şiono burnundan 150 kilometr cənubda yerləşdiyi bildirilir. Qasırğanın mərkəzində küləyin sürətinin saatda 108 kilometrə, arabir 144 kilometrə çatdığı qeyd edilir.

Nara prefekturasının İcu adalarında yerləşən Miyake və Kozuşima kəndlərində əhaliyə təxliyə xəbərdarlığı göndərilib.

Çiba prefekturasında qatarların hərəkətində fasilə yaranacağı elan olunsa da, bu xəbərdarlıq sonradan ləğv edilib.

Hakimiyyət orqanları yerli əhalini torpaq sürüşmələrindən, daşqınlardan, güclü küləkdən və hündür dalğalardan qorunmağa çağırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.