Dünya

İspaniya hökuməti üç il ərzində 800 000 iş yeri yaratmağı planlaşdırır

9 Oktyabr 2020 06:30
Baxış: 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Baş Naziri Pedro Sançes COVID-19-un yaratdığı böhrana qarşı mübarizə Strategiyasını və yaxın onillikdə İspaniya iqtisadiyyatının modernləşdirilməsi vəzifələrini özündə cəmləşdirən İspan iqtisadiyyatının bərpası, transformasiyası və dayanıqlığı Planını təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı yaxın üç ildə, yəni 2021-ci ildən 2023-cü ilə qədər Avropa Birliyinin Bərpa Fondundan 72 milyard avronun cəlb olunmasını və bu dövrdə 800.000 iş yerinin yaradılması niyyətini açıqladı.

Baş nazirin sözlərinə görə, iqtisadiyyatı modernləşdirmək üçün əsas prioritetlər fondların 37 faizini özünə cəlb edəcək ekoloji keçid və 33 faizdən rəqəmsal keçid olacaq. İspaniya Nazirlər Kabineti, bu il İspaniyada ÜDM-in koronavirus pandemiyasının nəticələrinə görə 11,2 faiz azalacağı proqnozunu açıqlayıb. Krallıqdakı işsizlik nisbəti 17,1 faizə çata bilər. Eyni zamanda, gələn il İspaniya hökuməti iqtisadi böyümənin 7,2 faiz olacağını gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.