Dünya

Rusiya səsdən sürətli raketi sınaqdan keçirib - VİDEO

8 Oktyabr 2020 10:26
Baxış: 1 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Hərbi-Dəniz Qüvvələri səsdən sürətli "Sirkon" qanadlı raketini sınaqdan keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə məruzə edib.

Qeyd olunur ki, raket Ağ dənizdə yerləşən gəmidən buraxılıb və 450 kilometr məsafədə, Barens dənizində şərti hədəfi vurub.

Raketin sürəti saatda 5,7 min kilometrə bərabər olub. "Sirkon"un 2020-2021-ci illərdə Hərbi-Dəniz Qüvvələrinə daxil olması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.