Dünya

İspaniya qripə qarşı rekord vaksinləşməyə keçmək niyyətindədir

7 Oktyabr 2020 21:20
Baxış: 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın səhiyyə orqanları yaşı 65-dən yuxarı olanlar və tibb personalı arasında immunizasiyanın 75 faizə çatdırılmasına çalışır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, COVID-19 pandemiyasının ikinci dalğasının güclənməsi yaxın aylarda səhiyyə sistemində müəyyən problemlər yarada bilər. İspaniyanın Səhiyyə Nazirliyi və muxtar icmaları bu ilin payızında qripə qarşı vaksinlərin rekord həddə çatdırılmasına nail olmaq barədə razılığa gəliblər.

Səhiyyə orqanları sözügedən vaksinasiyanın yaşı 65-dən yuxarı olanların 75 faizini, tibbi personalının, o cümlədən, hamilə qadınların və digər patologiyalı gənc xəstələrin 60 faizini əhatə edəcəyini vurğulayıb.

İspaniya Vaksinləmə Assosiasiyasının (AEV) prezidenti Amos Qarsiyanın sözlərinə görə, bu, ölkənin səhiyyə sahəsində bu vaxta kimi həyata keçirilmiş ən vacib kampaniyadır. Vaksinləmə ciddi simptomların, xəstəxanaya yerləşdirilənlərin və ölüm hallarının sayının azaldılmasında mühüm rol oynayacaq.

İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, 813 min 412 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 32 min 225 nəfər isə həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.