Dünya

Tramp COVID-19 virusundan müalicə olunduğu xəstəxananı tərk edib

6 Oktyabr 2020 08:22
Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp koronavirus infeksiyasından müalicə olunduğu Uolter Rid adına Milli Hərbi Tibb Mərkəzini tərk edərək Ağ Evə yollanıb.

APA "TASS"a istinadən xəbər verir ki, bununla bağlı görüntülər Amerika telekanalları tərəfindən də nümayiş olunub.

ABŞ lideri mühafizəçilərin müşayiəti ilə tibbi maska ​​taxaraq binadan çıxıb. O, jurnalistlərin suallarını da cavablandırmayıb. Hazırda Ağ Ev rəhbəri helikopterlə iqamətgahındadır. "The Wall Street Journal" nəşrinin yazdığına görə, amerikalı lider Ağ Evə çatan kimi tibbi maskanı çıxarıb.

Qeyd edək ki, D.Tramp və onun xanımı Melaniya oktyabrın 2-də koronavirus testlərinin müsbət nəticə verdiyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.