Dünya

İngiltərədə əhalinin yarıdan az hissəsi peyvənd ediləcək - SƏBƏB

5 Oktyabr 2020 23:05
Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə dövlət rəsmiləri ölkə sakinlərinin yarısından az hissəsinin koronavirusa qarşı peyvənd ediləcəyini planlaşdırır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu İngiltərə hökumətinin peyvənd üzrə işçi qrupunun rəhbəri Keyt Binqem "Financial Times" saytına müsahibəsində bildirib.

O əhalinin hamısının peyvəndlənməsinin yanlış olduğunu bildirib: "18 yaşınadək insanlar peyvənd edilməyəcək. Bu, yalnız böyüklərə, əsasən 50 yaşdan yuxarı insanlara aid ediləcək. 67 milyon əhalisi olan İngiltərədə 30 milyon insanın peyvənd olunacağı planlaşdırılır".

Qey edək ki, bu günə qədər İngiltərədə klinik sınaqlardan keçən on milyonlarla 6 perspektivli namizəd peyvənd var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.