Dünya

11 yaşlı məktəbli intihar etdi - Oyuna görə

2 Oktyabr 2020 21:35
Baxış: 2 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mavi Balina"ya bənzər yeni bir ölümcül onlayn oyuna qatılan 11 yaşlı məktəbli intihar edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, "Daily Mail"in məlumatına görə, dəhşətli hadisə İtaliyada baş verib.

Bildirilir ki, uşaq ölümqabağı məktubunda valideynlərini çox sevdiyini və papaqlı olan qara kişinin ardınca getməli olduğunu deyib.

Müstəntiqlər söhbətin "Conatan Qalindo" adlı uydurma personajdan insanabənzər itə oxşayan və papaqlı geyimdə olan sirli fiqurdan getdiyini düşünür

Jurnalistlər yeni "əyləncəni" "Mavi Balina" oyunu ilə müqayisə edirlər. Xatırladaq ki, həmin oyunla əlaqədar 20-yə yaxın yeniyetmənin intihar etdiyi məlumdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.