Dünya

“Əgər ehtiyac yaranarsa, Ukrayna Azərbaycana hərbi yardım göstərəcək”

2 Oktyabr 2020 09:16
Baxış: 2 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər ehtiyac yaranarsa, Ukrayna Azərbaycana hərbi yardım göstərəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ali Radada "Xalqın xidmətçisi" partiyasını təmsil edən deputat Lyudmila Marçenko "Ukrayna 24" telekanalının efirində bildirib.

"Ukrayna bu gün müxtəlif arenalarda Azərbaycanı dəstəkləməyə hazırdır. Bu, gələcəkdə lazım olacaq həm hərbi, humanitar, hər cür dəstəkdir. Bu, hərbi vəziyyətdir", - Marçenko bildirib.

Ukraynanın hərbi dəstək verməyə hazır olub-olmadığı barədə suala Marçenko belə cavab verib:

"Əminəm ki, əgər məsələ kəskinləşsə, Ukrayna yan keçməyəcək".  

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.