Dünya

ABŞ prezidentinin məsləhətçisi koronavirusa yoluxub

2 Oktyabr 2020 08:26
Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Trampın məsləhətçisi Houp Hiks yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə mənbə məlumat verib.

Məlumata əsasən, D.Trampın ən yaxın məsləhətçilərindən biri olan H.Hiks sentyabrın 29-u Klivlenddə keçən debatda, sentyabrın 30-u isə Minnesotada keçirilən mitinqdə ABŞ prezidentini müşayiət edib.

Qeyd edilir ki, H.Hiksin ABŞ prezidentini müşayiət etməsinə baxmayaraq D.Tramp koronavirusa yoluxmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.