Dünya

Roma papası Pompeo ilə görüşdən imtina edib

30 Sentyabr 2020 18:42
Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Papası I Fransisk Avropa ölkələrində səfərdə olan ABŞ-ın Dövlət katibi Mayk Pompeonu qəbul etməyəcək.

Milli.Az Trend-ə, bunu Vatikanın diplomatik xidmətinin rəhbəri, arxiyepiskop Pol Riçard Qallaher deyib.

Onun sözlərinə görə, Roma papasının M.Pompeo ilə görüşü ABŞ-da prezident seçkiləri ərəfəsində seçkiqabağı kampaniya ilə əlaqədar məqsədəuyğun hesab olunmayıb.

Qeyd edək ki, Mayk Pompeo Avropa ölkələrinə səfərləri çərçivəsində bu gün Romaya gedib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.