Dünya

Bağça müəllimi intiqam almaq üçün 25 uşağı zəhərlədi - FOTO

30 Sentyabr 2020 22:04
Baxış: 2 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində bağça müəllimi uşaqları zəhərlədiyinə görə edam cəzasına məhkum edilib.

Milli.Az xəbər verir ki, təqsirləndirilən Van Yunun həmkarı Sunla münaqişəsi yaranıb. Qadın intiqam almaq qərarına gəlib və uşaqların sıyığına natrium nitrit qatıb. Nəticədə 25 uşaq zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib, onlardan biri isə həyatını itirib.

İstintaq zamanı Van Yunun ilk dəfə belə addım atmadığı da ortaya çıxıb.

2017-ci ildə qadın əri ilə dalaşıb. Sonra internetdən natrium nitrit alıb, onun suyuna qatıb. Kişi bu suyu içdikdən sonra zəhərlənsə də, onun orqanizmində ciddi fəsad yaranmayıb.

Məhkəmə qadının natrium nitritin insanlar üçün təhlükəli ola biləcəyini çox yaxşı bildiyini, buna baxmayaraq, iki dəfə istifadə etdiyini bildirib.

Məlumata görə, Van Yun zəhərlədiyi sıyığı bir çox uşağın yeyəcəyini yaxşı bilirdi, amma bu onu dayandırmayıb. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.