Dünya

Jurnalisti canlı yayım zamanı güllələdilər

30 Sentyabr 2020 15:01
Baxış: 3 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hondurasda jurnalist Luis Almendares güllələnərək öldürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, silahlı şəxslər motosikletdən ona atəş açıblar.

Hadisə bazar günü L.Almendares "Facebook"dan canlı yayım həyata keçirərkən baş verib.

Belə ki, Komayuqa şəhərində törədilən cinayət hadisəsi zamanı motosikletdə hərəkət edən iki nəfər jurnalistə bir neçə dəfə atəş açıb. Cinayətkarlar hadisə yerindən qaça biliblər.

L. Almendares açılan atəş nəticəsində üç güllə yarası alıb. Yaralanan jurnalisti təcili xəstəxanaya çatdıraraq əməliyyat ediblər. Lakin bazar ertəsi səhər saatlarında 35 yaşlı jurnalist dünyasını dəyişib. Polis cinayətkarların yerini tapmağa çalışır.

Bildirilir ki, L. Almendares yerli sahibkarları və siyasətçiləri xüsusən korrupsiya və narkotiklərin qanunsuz dövriyyəsində ifşa etməklə tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.