Dünya

"Yandex" Türkiyədə ofisini bağlayır

29 Sentyabr 2020 20:00
Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Yandex" şirkəti Türkiyənin İstanbul şəhərində yerləşən ofisini bağlamaq qərarını verib.

Milli.Az APA-ya istinadən bildirir ki, şirkət türkiyəli reklamçı və tərəfdaşlarla işləməyə davam edəcək, lakin bundan sonra bütün əməliyyatlar "Yandex"in Rusiyadakı qərargahından həyata keçiriləcək.

Türkiyədəki ofisin bağlamaq qərarı koronavirus pandemiyasının inkişafı fonunda "Yandex" tərəfindən görülən qlobal tədbirlərlə əlaqələndirilir.

"Marketing Türkiye" xəbər verir ki, "Yandex"in Türkiyə ofisinin işçiləri bu ilin oktyabr ayınadək iş yerlərində qalacaq.

"Navigator" və "Axtarış" daxil olmaqla şirkətin Türkiyədəki bütün xidmətləri istifadəçilər üçün açıq qalmağa davam edəcək, dəyişikliklər yalnız Türkiyə ofisinin əməliyyat fəaliyyətlərinə təsir edəcək, bir sıra funksiyalar isə digər ofislərə veriləcək.

Şirkət Türkiyədəki xidmətləri daha da inkişaf etdirməyi, yerli tərəfdaşlarla işləməyi və istifadəçilərə dəstək verməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.