Dünya

Uşağını xalçaların altına qoyaraq ölümünə səbəb olan qadın ömürlük azadlıqdan məhrum edildi - FOTO

28 Sentyabr 2020 21:04
Baxış: 3 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Elazığ vilayətində yenidoğulmuş uşağını xalçanın altına qoyaraq, onun ölümünə səbəb olan qadın ömürlük azadlıqdan məhrum edilib.

Milli.Az "Haber Global"-a istinadən məlumat verir ki, 11 il əvvəl əri ölən, 36 yaşlı iki uşaq anası Kader O. sevgilisi H.G.-dan hamilə qalıb.

Uşaqları yatan zaman evdə doğuş həyata keçirən qadın yenidoğulmuşun səsinin eşidilməməsi üçün onu evin çardağında xalçaların altına qoyub. 

On iki saat sonra uşağa baxmağa gedən qadın körpənin öldüyünü anlayıb və onun meyitini paketə qoyaraq zibilliyə atıb.

Meyit aşkar ediləndən sonra polis axtarışa başlayıb və cinayəti törədən Kader O. tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.