Dünya

ABŞ məhkəməsi TikTok-un yüklənməsinə qoyulan qadağanı müvəqqəti olaraq bloklayıb

28 Sentyabr 2020 09:10
Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ məhkəməsi ölkə administrasiyasının "TikTok" sosial şəbəkə tətbiqinin Google və Apple tətbiq mağazalarından silinməsinə dair qərarının qüvvəyə minməsini müvəqqəti olaraq dayandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kolumbiya dairə məhkəməsinin elektron məlumat bazasında mövcud sənədlərdə qeyd edilib.

Qeyd edək ki, qadağanın 20 sentyabrda qüvvəyə minməsi nəzərdə tutulurdu, lakin ABŞ prezidenti Donald Tramp 19 sentyabrda jurnalistlərə "TikTok"- un Amerika seqmentinin Oracle və Walmart tərəfindən alınmasına razılıq verdiyini deyib.

Bundan sonra Ticarət Nazirliyi tətbiqin yüklənməsinə qoyulan qadağanın qüvvəyə minməsini bir həftə - yerli vaxtla 27 sentyabr 23:59-a qədər təxirə saldı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.